Email 64
Oğuz rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Hadisə rayonun Xaçmaz kəndində qeydə alınıb. İlkin məlumata görə, Əziz Qəhrəmanov istirahət məqsədilə günlük kirayəyə götürdüyü evdə olarkən qəflətən özünü pis hiss edib. Hadisə yerində onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.








