Shopping cart

  • Home
  • ABŞ
  • NYP: Tramp BMT-nin baş katibi postuna Canni İnfantinonun namizədliyini irəli sürmək istəyir
ABŞ

NYP: Tramp BMT-nin baş katibi postuna Canni İnfantinonun namizədliyini irəli sürmək istəyir

Email 10

ABŞ Prezidenti Donald Tramp BMT-nin növbəti baş katibi postunda Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu görmək istəyir.

“Qasid Media” xəbər verir ki, bu barədə mənbələrə istinadən NYP bildirir.

Nəşrin məlumatına görə, ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatı zamanı Tramp və İnfantino arasında yaxın münasibət yaranıb. NYP iddia edir ki, FIFA rəhbəri Amerika liderinin rəğbətini qazanmağa çalışıb və ötən ilin dekabrında ona Beynəlxalq Futbol Federasiyasının Sülh Mükafatını təqdim edib.

Qəzetin mənbəsi bildirib ki, Tramp İnfantinonu “hamının hörmətini qazanan və insanları birləşdirmək kimi xüsusi bacarığa malik olan” bir insan hesab edir.

Bununla belə, Amerika liderinin bu ideyanı İnfantinonun özü ilə müzakirə edib-etmədiyi və FIFA rəhbərinin BMT-nin baş katibi vəzifəsində maraqlı olub-olmadığı məlum deyil. Aprel ayında İnfantino 2027-ci ildə FIFA prezidenti postuna yenidən seçilmək niyyətində olduğunu bəyan edib.

BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyətləri 31 dekabr 2026-cı ildə başa çatır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər