Email 22
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın “Borussiya” (Dortmund) klubunun mərkəz müdafiəçisi Niko Şlotterbek “Real”ın (İspaniya) maraq dairəsinə düşüb.
“Qasid Media” “Bild”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Real” da daxil olmaqla 6 klub maraqlıdır.
Almaniyalı oyunçunun Dortmund təmsilçisi ilə sözləşməsində 60 milyon avro sərbəstqalma məbləği göstərilib. N.Şlotterbek zədə səbəbindən ilk matçları buraxdığı üçün cari mövsümdə Almaniya çempionatında yalnız 1 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, müdafiəçinin “Borussiya” ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.










