Shopping cart

  • Home
  • Dünya
  • Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb
Dünya

Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb

Email 23

Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən azı 37 nəfər ölkənin qərbindəki Niger əyalətində həbsxanada ölüb.

“Qasid Media” yerli TVC telekanalına istinadən məlumatına görə, onların ölüm səbəbi hələ müəyyən edilməyib.

Saxlanılanları qoruyan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri meyitlərin məhkəmə-tibbi ekspertizası üçün Minna şəhərinin xəstəxanasına aparıldığını bildiriblər.

Niger əyalətinin qubernatoru Məhəmməd Umaru Baqo deyib ki, ilkin araşdırmalar ölüm səbəbinin boğulma və ya qurğuşun zəhərlənməsi ola biləcəyini göstərir.

O əlavə edib ki, ölüm səbəbi istintaqın bir hissəsi olaraq müəyyən edilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər