Email 36
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.”Qasid Media”nın məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə üz-üzə gəlib.Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0. Qolları Breno Almeyda (2) və Ağadadaş Salyansli vurub.Xatırladaq ki, “Neftçi” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub.










