Email 35
Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 46,5milyon manat əmanəti olub.
“Qasid Media” xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 41,8 % çoxdur.
Əmanətlərin 94,3 %-i milli, 5,7 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 43,5 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 19,5 % artıb.










