Shopping cart

  • Home
  • Gündəm
  • Naxçıvanda əmtəəlik elektrik enerjisi istehsalı 3 %-ə yaxın artıb
Gündəm

Naxçıvanda əmtəəlik elektrik enerjisi istehsalı 3 %-ə yaxın artıb

Email 26

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 mVt/saat təşkil edib.

“Qasid Media” xəbər verir, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artıb.

İstehsal olunan ümumi elektrik enerjisinin 59,7 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.

Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 228,8 mVt/saat, su elektrik stansiyalarında 175 507,1 mVt/saat, günəş və külək elektrik stansiyalarında isə 39 397,5 mVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6 % artıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər