Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 29 %-ə yaxın artıb
İqtisadiyyat

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 29 %-ə yaxın artıb

Email 28

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 159,3 milyon manat vəsait yönəldilib.

“Qasid Media” xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 % çoxdur.

Ötən 8 ayda investisiya qoyuluşunun 48,5 %-i məhsul istehsalı sahələrinə, 13,8 %-i xidmət sahələrinə, 37,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 128,3 milyon manatı və yaxud 80,5 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 38,5 % çoxdur.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanda əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 % çoxdur. O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 32,4 % artaraq 4 milyard 246,7 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,4 % artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər