Shopping cart

  • Home
  • Dünya
  • Moskva vilayətinə PUA hücumu nəticəsində beş nəfər ölüb
Dünya

Moskva vilayətinə PUA hücumu nəticəsində beş nəfər ölüb

Email 14

Pilotsuz uçuş aparatlarının (PUA) RF-nin Moskva vilayətinə hücumu nəticəsində beş nəfər həlak olub, daha altı nəfər yaralanıb.

“Qasid Media”nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, səhər hava hücumundan müdafiə qüvvələri PUA hücumunu dəf edib.

“Əsas nəticələr Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novosyolki sənaye zonasında PUA-nın düşməsi nəticəsində bir neçə yanğın baş verib. İlkin məlumata görə, beş nəfər həlak olub, daha altı nəfər yaralanıb”, – Vorobyov Max-dakı kanalında yazıb.

O qeyd edib ki, bütün zərərçəkənlərə tibbi yardım göstərilir.

Həmçinin elektrik yarımstansiyasının və inzibati binanın zədələnməsi barədə məlumat verilib. Ərazidə təcili xidmətlər fəaliyyət göstərir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər