Shopping cart

  • Home
  • Hadisə
  • Misirdə yol qəzasında ölənlərin sayı 18 nəfərə çatıb, onlarla insan xəsarət alıb
Hadisə

Misirdə yol qəzasında ölənlərin sayı 18 nəfərə çatıb, onlarla insan xəsarət alıb

Email 27

Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində kənd təsərrüfatı işçilərini daşıyan pikapın aşması nəticəsində azı 18 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.

“Qasid Media”nın məlumatına görə, bu barədə “Al Jazeera” Misir Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Qəza çərşənbə axşamı Əl-Dəvavis rayonundakı giriş yolunda baş verib. Yaralılar Əl-Qəssasin Xəstəxanasına aparılıb.

Tibbi mənbənin məlumatına görə, qurbanların əksəriyyəti 13-14 yaşlı yeniyetmələrdir. Ən gənc qurbanın 10 yaşı var.

Daha əvvəl 15 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bldirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər