Shopping cart

  • Home
  • Dünya
  • Mirzoyan: Ermənistan və Türkiyə hər an sərhədin açılması barədə qərar qəbul edə bilər
Dünya

Mirzoyan: Ermənistan və Türkiyə hər an sərhədin açılması barədə qərar qəbul edə bilər

Email 65

Ermənistan-Türkiyə dialoqu və münasibətlərin normallaşması prosesi kifayət qədər yetkinmərhələdədir və tərəflər istənilən an sərhədin açılması barədə qərar qəbul edə bilərlər.

“Qasid Media” yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ermənistan və Türkiyə arasındakı dialoq o qədər intensivdir və bu proses o qədər yetkinləşib ki, biz sabah hər iki tərəfin artıq sərhədin açılmasından danışdığını görə bilərik. Bizim dialoqumuz və münasibətlərin normallaşması kifayət qədər yetkindir və istənilən an Ermənistan-Türkiyə sərhədinin ikitərəfli hərəkət, sərnişin və yük daşımaları üçün açılması barədə qərar qəbul edə bilərik. Regionumuzda sürətli və köklü dəyişikliklər baş verir. İqtisadi, infrastruktur, etimad və psixoloji müstəvilərdəki dəyişikliklər müsbət xarakter daşıyır”, – o qeyd edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər