Shopping cart

  • Home
  • Dünya
  • Mask “SpaceX”in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
Dünya

Mask “SpaceX”in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb

Email 12

“SpaceX” şirkəti gələcəkdə “Starship” kosmik sistemi vasitəsilə orbitə ildə 10 milyon tonadək yük çatdırmağı planlaşdırır.

“Qasid Media” xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask rüblük hesabatın yekunlarına dair audiokonfrans zamanı bildirib.

Onun sözlərinə görə, hazırda “Falcon” daşıyıcı raketi orbitə ildə təqribən 2,5 min ton, digər bütün şirkətlər isə birlikdə təxminən 300 ton yük çatdırır. Mask qeyd edib ki, Yerdən orbitə çıxarılan bütün yüklərin 80-90 %-i “SpaceX”in payına düşür.

O əlavə edib ki, gələcəkdə “Starship” bu göstəricini əvvəlcə ildə 1 milyon tona, daha sonra isə 10 milyon tonadək artırmağa imkan verəcək.

İyulda “SpaceX” “Starship”in 13-cü sınaq uçuşunu keçirib. İlk dəfə olaraq gəmi yük bölməsindən “Starlink”in “V3” versiyalı 20 peykini uğurla çıxarıb, bundan sonra isə Hind okeanında suya eniş edib.

Şirkətin planlarına əsasən, “Starship” yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Aya, Marsa və digər səma cisimlərinə missiyalar üçün istifadə olunacaq. Çoxistifadəli “Super Heavy” sürətləndiricisi və “Starship” gəmisinin şaquli eniş etməsi nəzərdə tutulur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər