Shopping cart

  • Home
  • İdman
  • “Mançester Siti” Qakponun “Liverpul”dan transferi üçün 99 milyon avro təklif etməyə hazırdır
İdman

“Mançester Siti” Qakponun “Liverpul”dan transferi üçün 99 milyon avro təklif etməyə hazırdır

Email 19

İngiltərənin “Mançester Siti” klubu oyunçunun ətrafı ilə razılıq əldə etdikdən sonra yarımmüdafiəçi Kodi Qakponun “Liverpul”dan keçidi üçün 85 milyon funtt sterlinq (99 milyon avro) təklif etməyə hazırlaşır.

“Qasid Media” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, “şəhərlilər” sövdələşməni tamamlamaq üçün səylərini artırırlar. “Mançester Siti” “Liverpul”un satışı təsdiqləməsini gözləyir – 27 yaşlı oyunçuya əvəzedici tapdıqdan sonra.

Niderlandlı 2023-cü ilin yanvarından mersisaydlıların heyətində çıxış edir. Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər