Shopping cart

  • Home
  • Hadisə
  • Lənkəranda çay kənarında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə

Lənkəranda çay kənarında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Email 19

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən şəxs həbs olunub.

“Qasid Media”nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb.

Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 ədəd çətənə kolu və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər