Shopping cart

  • Home
  • Hadisə
  • Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürülüb
Hadisə

Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürülüb

Email 51

Lənkəranda müxtəlif istiqamətlərdə açıq sahələrdə baş verən yanğınlar söndürülüb.

“Qasid Media” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər