Shopping cart

  • Home
  • Hadisə
  • Kəngərlidə avtomobil aşıb, körpə ölüb, valideynləri xəsarət alıb
Hadisə

Kəngərlidə avtomobil aşıb, körpə ölüb, valideynləri xəsarət alıb

Email 9

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Qasid Media” xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.

77-KS-302 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Onların qəza nəticəsində xəsarət alan 2026-cı il təvəllüdlü övladlarının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər