Shopping cart

Mədəniyyət

Kuala-Lumpurdakı festivalda Azərbaycan haqqında məlumat verilib

Email 45

Azərbaycan Malayziyanın paytaxtı Kuala-Lumpurun “Fairview International School Kuala Lumpur”da keçirilən “Harmoniyada İrs – Gəlin Mədəniyyətləri Birlikdə Qeyd Edək” adlı “Beynəlxalq Mədəniyyətlərarası Gün” festivalında təmsil olunub.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Malayziyada yaşayan, övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının üzvləri tərəfindən təşkil edilən stend ölkənin zəngin mədəni irsini nümayiş etdirib. Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri barədə ətraflı məlumat verilib və onlar milli yeməklərə qonaq ediliblər”, – paylaşımda bildirilib.

Qeyd olunub ki, Azərbaycan stendində həmçinin suvenirlər və kəlağayı nümayiş etdirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər