Shopping cart

  • Home
  • Dünya
  • Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb
Dünya

Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb

Email 30

Konqo Demokratik Respublikasında Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 8 mini ötüb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Konqo hökumətinin məlumatına istinadən bildirib.

İctimai Səhiyyə İnstitutunun son hesabatına görə, yoluxma hallarının sayı 8 067, ölüm hallarının sayı isə 3 901 təşkil edir.

Ebola virusunun Bundibuqyo ştamının səbəb olduğu epidemiya yayılma miqyasına görə 2018-2020-ci illərin dalğasını geridə qoyaraq, Konqo tarixində ən genişmiqyaslı və ölümcül epidemiya olub.

Bu xəstəlik miqyasına görə yalnız 2014-2016-cı illərdə Qərbi Afrikada baş verən və Qvineya, Liberiya və Syerra-Leonedə 28 600-dən çox insanın yoluxması, 11 mindən çox insanın isə ölümü ilə nəticələnən epidemiyadan geri qalır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər