Shopping cart

  • Home
  • İdman
  • Konfrans Liqası: “Neftçi” öndə olduğu matçda “Dinamo”ya uduzub
İdman

Konfrans Liqası: “Neftçi” öndə olduğu matçda “Dinamo”ya uduzub

Email 13

“Neftçi” UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

“Qasid Media” “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyununda Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.

“Palms Sports Arena”da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 4:2.

2-ci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.

Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər