Shopping cart

  • Home
  • İdman
  • Konfrans Liqası ilə erkən vidalaşan “Neftçi” və “Zirə” UEFA-dan nə qədər qazandı?
İdman

Konfrans Liqası ilə erkən vidalaşan “Neftçi” və “Zirə” UEFA-dan nə qədər qazandı?

Email 16

2026/2027 mövsümündə UEFA Konfrans Liqasında mübarizəni erkən başa vuran Azərbaycan təmsilçiləri “Zirə” və “Neftçi”nin turnirdən əldə etdiyi gəlir məlum olub.

“Qasid Media” İdmanxeber.az-a istinadən xəbər verir ki, “qartallar” II təsnifat mərhələsində Estoniyanın “Payde” komandasına uduzaraq turnirlə vidalaşıb. Klubun qazancı II təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün ödənilən 350 min avroluq təzminatla yanaşı, iştirak etdiyi iki mərhələyə görə verilən 350 min avro (2×175 min avro) ilə ümumilikdə 700 min avro təşkil edib.

“Neftçi” isə yarışa birbaşa II təsnifat mərhələsindən qoşulub. Paytaxt klubu Belarusun “Dinamo” (Minsk) komandası ilə dueldə məğlub olaraq avrokuboklarla erkən vidalaşıb. “Ağ-qaralar” II təsnifat mərhələsində mübarizəni başa vurduğu üçün 350 min avro təzminat, iştirak etdiyi mərhələyə görə isə əlavə 175 min avro sabit ödəniş əldə edib.

Beləliklə, “Zirə”nin cari mövsüm avrokuboklardan qazancı 700, “Neftçi”nin isə 525 min avro olub.

Qeyd edək ki, göstərilən rəqəmlərə bilet satışı, sponsorluq müqavilələri və yayım hüquqlarından əldə olunan gəlirlər daxil deyil.

Söhbət yalnız UEFA-nın klublara ödədiyi rəsmi mükafatlardan gedir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər