Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl mədənində torpaq uçqunu nəticəsində azı 14 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.
“Qasid Media” “Caracol” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Narinyu departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib.
“Hazırda 14 nəfərin öldüyü məlumdur, daha 7 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri artıq başa çatıb”, – o deyib.
Daha əvvəl hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilirdi.
Qonsalesin sözlərinə görə, faciə Santa-Barbara bələdiyyəsinin ərazisində yerləşən qanunsuz açıq tipli mədəndə baş verib. Torpaq uçqunu nəticəsində qızıl hasilatı ilə məşğul olan şaxtaçılar dağıntılar altında qalıblar.










