Email 29
Almaniya və Yunanıstan milliləri arasında keçiriləcək Millətlər Liqasının ev oyununa bütün biletlər satışa çıxarıldıqdan 10 dəqiqə sonra satılıb.
“Qasid Media” bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.
Qarşılaşma sentyabrın 27-də Aqsburqda baş tutacaq və Yurgen Kloppun Almaniya milli komandasının baş məşqçisi postunda ilk ev oyunu olacaq.
Millətlər Liqası çərçivəsində Almaniya yığması A divizionunun ikinci qrupunda mübarizə aparır və burada onun digər rəqibləri Niderland və Serbiya yığmalarıdır.




