Email 58
Rusiyanın Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində ölənlərin sayı artıb.
Məlumata görə, paytaxtda həyata keçirilən kütləvi zərbələr nəticəsində 10 nəfər həyatını itirib, 46 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun teleqram kanalında paylaşdığı məlumata əsasən, şəhərin müxtəlif rayonlarında 20-yə yaxın nöqtədə ciddi dağıntılar qeydə alınıb.
Hazırda dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir. Xilasetmə əməliyyatları davam etdiyindən ölən və yaralananların sayının dəyişə biləcəyi bildirilir.




