Shopping cart

  • Home
  • Nəqliyyat
  • Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
Nəqliyyat

Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər

Email 27

Bakının Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir işləri aparılır.

“Qasid Media” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər