Shopping cart

  • Home
  • İdman
  • Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək
İdman

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək

Email 6

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 7-9-da Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.

“Qasid Media”nın məlumatına görə, yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq.

İdmançılar U-15 kateqoriyasında 40 metr, U-18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.

Proqrama əsasən, avqustun 7-də idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8-də isə əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq. Final görüşləri avqustun 9-da keçiriləcək və qaliblər müəyyənləşəcək.

​Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər