Shopping cart

  • Home
  • İdman
  • Kabo-Verde millisinin futbolçusu Sidni Kabral DÇ-2026-nın ən yaxşı qolunun müəllifi olub
İdman

Kabo-Verde millisinin futbolçusu Sidni Kabral DÇ-2026-nın ən yaxşı qolunun müəllifi olub

Email 5

2026-cı il dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.

“Qasid Media”  xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Mükafata Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın mundialın 1/16 final mərhələsində Argentina yığmasına vurduğu qol layiq görülüb.

Kabralın qarşılaşmanın 103-cü dəqiqəsində rəqib qapısına endirdiyi dəqiq zərbə hesabı 2:2 etsə də, Kabo-Verde millisi əlavə vaxtda buraxdığı qolla 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Ən yaxşı qol nominasiyasında ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü yeri isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.

Qeyd edək ki, iyulun 19-da başa çatan dünya çempionatının qalibi finalda Argentina millisini əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya yığması olub.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər