Shopping cart

  • Home
  • Gündəm
  • Kəlbəcərdə yerləşən 3 KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb
Gündəm

Kəlbəcərdə yerləşən 3 KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb

Email 24

İstifadəyə verildiyi tarixdən bu ilin iyul ayınadək Kəlbəcər rayonunda Tərtər çayının üzərində yerləşən “Çıraq-1” kiçik külək elektrik stansiyasında (KSES) 65,6 milyon kVt/saat, “Soyuqbulaq” KSES-də 61 milyon kVt/saat, Qaraarxac çayı üzərində yerləşən “Çıraq-2” KSES-də isə 57 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Qasid Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, su elektrik stansiyalarının fəaliyyəti “yaşıl enerji”nin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.

Qeyd edək ki, 25 avqust 2023-cü il tarixində Kəlbəcər rayonunda Tərtər çayının üzərində 8,33 MVt gücündə “Çıraq-1” və 5,3 MVt gücündə “Soyuqbulaq” kiçik külək elektrik stansiyaları (KSES), Qaraarxac çayı üzərində isə MVt gücündə “Çıraq-2” KSES istismara verilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər