Shopping cart

  • Home
  • Hadisə
  • İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb
Hadisə

İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb

Email 15

İtaliyada Latsio və Umbriya sərhədindəki Terni-Rieti avtomobil yolunda baş verən ağır avtoqəza nəticəsində 6 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Rai News” məlumat yayıb.

Məlumata görə, avtobus əks istiqamətdə hərəkət edən furqonla toqquşub. Üç minik avtomobili isə toqquşmadan yayına bilməyib və onlardan biri aşıb.

Ölənlərdən 4-ü avtobusda olub. Daha 2 nəfər isə furqonda olub – onlar Terni ətrafındakı ekskursiyadan qayıdan turistlər idi. Yaralılar xəstəxanalara yerləşdirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər