Shopping cart

  • Home
  • Dünya
  • İspaniyadan Əlcəzairə narkotik, geriyə miqrant daşıyan dəstə ələ keçdi
Dünya

İspaniyadan Əlcəzairə narkotik, geriyə miqrant daşıyan dəstə ələ keçdi

Email 11


İspaniyanın hüquq-mühafizə orqanları Avropolun dəstəyi ilə Aralıq dənizi regionunda fəaliyyət göstərən ən iri cinayətkar qruplaşmalardan birini zərərsizləşdirib.

“Qasid Media” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası bəyanat yayıb.

Məlumata əsasən, canilər yüksəksürətli katerlərdən istifadə edərək İspaniyadan Əlcəzairə narkotik vasitələr qaçaqmalçılığı ilə məşğul olublar, geri dönüşdə isə qanunsuz miqrantların daşınmasını həyata keçiriblər.

Əməliyyat zamanı polis 78 nəfəri saxlayıb, onlardan 27-si barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq müəyyən edib ki, cinayətkar qrup azı 64 qeyri-qanuni daşınma partiyası həyata keçirib və İspaniya sahillərinə 2 mindən çox qanunsuz miqrant gətirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar təşkilat bu qanunsuz fəaliyyətdən 24 milyon avrodan çox gəlir əldə edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər