Shopping cart

  • Home
  • Hadisə
  • İsmayıllıda yanan avtomobildə xəsarət alan şəxsin vəziyyəti açıqlandı
Hadisə

İsmayıllıda yanan avtomobildə xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Email 41

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib:

“İsmayıllı-Qəbələ avtomobil yolunun 12-ci kilometrliyində, rayonun Topçu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi) 12.09.2026-cı il tarixində saat 23:20-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Daxil olarkən vəziyyəti ağır olaraq qiymətləndirilib.

Ona hər iki yuxarı ətrafın 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hadisə nəticəsində 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər