Shopping cart

  • Home
  • ABŞ
  • İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb
ABŞ

İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb

Email 8

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi hədəflərinə növbəti gecə zərbələrini endirib.

“Qasid Media” xəbər verir ki, bu barədə CENTCOM “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu, İranı məsuliyyətə cəlb etmək və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kommersiya gəmiçiliyi üçün yaratdığı təhdidləri azaltmaq məqsədi daşıyan ardıcıl 13-cü gecə zərbələridir”, – məlumatda bildirilib.

ABŞ-nin Bəndər Abbas limanına hücumu nəticəsində iki nəfər yaralanıb. “Tasnim”də yayılan məlumata görə, Bəndər Abbasın zərər çəkmiş ərazilərinin elektrik enerjisi təchizatında da problemlər yaranıb. “Hücum nəticəsində elektrik dirəklərindən biri qırılıb, həmçinin hadisə yerində elektrik naqili yararsız vəziyyətə düşüb”, – Hörmüzqan vilayətinin Fövqəladə Hallar İdarəsindən vurğulanıb.

Xuzistan vilayətinin Əhvaz, Əndimeşk və Omidiyə şəhərləri zərbələrə məruz qalıb.

Həmçinin Luristan vilayətinin Haram şəhərində hücuma məruz qalmış obyekt partlayıb.

Partlayış səsləri Xəndab, Təft, Şirkuh, Anarak, eləcə də Bürucərd, Cask və Kənark şəhərlərində qeydə alınıb. Dağıntı və insan tələfatı barədə məlumat verilmir.

Daha əvvəl Qeşm adasının da raket hücumuna məruz qaldığı bildirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər