Email 26
İqtisadi təzyiqlərə, eləcə də təhlükəsizlik təhdidlərinə baxmayaraq, İran yanacaq və enerji resurslarının tədarükünü davam etdirir.
“Qasid Media” “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad bildirib.
Ə.Nikzadın sözlərinə görə, hökumət tərəfindən görülən tədbirlər təhlükəsizlik təhdidləri və iqtisadi təzyiq şəraitində həyati vacib sektorlarda fasilələrin qarşısını almağa imkan verib.










