Shopping cart

  • Home
  • Dünya
  • İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb
Dünya

İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb

Email 65

İngiltərənin şimalındakı Şeffild şəhərində dəmir yolu tunelində baş verən yanğın qatarların hərəkətinin dayandırılmasına və dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.

“Qasid Media”nın The Sun qəzetinə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə dörd yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə zamanı ərazini güclü tüstü bürüyüb.

Yerli sakinlərə pəncərə və qapıları bağlı saxlamaq, həmçinin hadisə yerinə yaxın ərazilərdən uzaq durmaq tövsiyə olunub.

Yanğın səbəbindən qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkətinin bərpası ərazinin təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılmasından sonra mümkün olacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər