Email 83
İngiltərə millisinin dayaq yarımmüdafiəçisi Cordan Henderson “Brentford” klubundan ayrılıb.
“Qasid Media” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
36 yaşlı futbolçu 2025-ci ilin iyulunda “Ayaks”dan azad agent kimi London təmsilçisinə keçib və ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb.
Təcrübəli oyunçunun karyerasını “Çelsi”də davam etdirəcəyi gözlənilir. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında biləyi sındığı üçün müalicəsini davam etdirir.
Qeyd edək ki, C.Henderson karyerasının böyük hissəsini “Liverpul”da keçirib. O, bu klubun heyətində 492 matçda 33 qol vurub və 58 məhsuldar ötürmə edib.










