Shopping cart

  • Home
  • Hadisə
  • İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
Hadisə

İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb

Email 32

İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

“Qasid Media” xəbər verir ki, bu barədə ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən “Xinhua” agentliyi məlumat yayıb.

Xilasetmə komandaları itkin düşmüş 57 nəfərin axtarışlarını aparır, digər 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə edilib.

Göyərtəsində 243 sərnişin olan “Virgo Transport 8” gəmisi sentyabrın 12-də Şərqi Yavadakı Surabayadan Cənubi Kalimantandakı Bancarmasin istiqamətində yola düşüb. Pis hava şəraitinə görə sentyabrın 13-də onunla əlaqə kəsilib.

Xilasedicilər cəsədləri gəminin qalıqları altından və Mərkəzi Kalimantan əyalətinin sahilləri boyu çıxarıblar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər