Shopping cart

  • Home
  • Dünya
  • Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
Dünya

Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib

Email 36

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

“Qasid Media” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlarıdır.

Məlumata görə, Gürcüstanın qanunvericiliyinə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə yenidən girişinə qadağa qoyulub.

Qeyd olunub ki, bu ilin əvvəlindən Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3 400-dən çox xarici vətəndaş Gürcüstandan deportasiya edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər