Shopping cart

  • Home
  • Hadisə
  • Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
Hadisə

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Email 44

Günün ikinci yarısında İstanbulda baş verən güclü fırtına şəhərin yerli hava limanlarının fəaliyyətini müvəqqəti olaraq pozub.

Bu barədə “Qasid Media” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, metropolun Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına və Asiya hissəsindəki Sabiha Gökçen Hava Limanına yaxınlaşan bir neçə təyyarə eniş icazəsi alana qədər gözləmə zonalarında dövrə vurmağa məcbur olub

Əlverişsiz hava şəraiti İstanbulun bir sıra rayonlarında, əsasən də Avropa hissəsində su basmalarına səbəb olub. Güclü külək ağacları kökündən çıxarıb, yaşayış binalarının damlarını qoparıb. Aşan ağaclar şəhərin bir çox rayonlarında park edilmiş avtomobillərə ziyan vurub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər