Email 28
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
“Qasid Media” “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.
Prokurorluq tərəfindən aparılan istintaqla kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb ediliblər.










