Shopping cart

  • Home
  • İdman
  • “Gəncə” basketbol klubu Avropa Kuboku oyunlarını doğma meydanda keçirəcək
İdman

“Gəncə” basketbol klubu Avropa Kuboku oyunlarını doğma meydanda keçirəcək

Email 25

Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən “Gəncə” qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.

“Qasid Media”nın məlumatına görə, qərb təmsilçisi turnirin qrup mərhələsində 5 ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək.

Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə olacaq.

Qeyd edək ki, FIBA Avropa Kubokunun C qrupunda yer alan “Gəncə” “Universitatya Krayova” (Rumıniya), “Sportinq” (Portuqaliya), “Rilski Sportist” (Bolqarıstan), “Kolossos” (Yunanıstan) və “Esenler Erokspor”la (Türkiyə) üz-üzə gələcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər