Shopping cart

  • Home
  • İdman
  • Fransalı FIFA referisi Villi Delajo cari mövsüm ikinci dəfə “Sabah”ın oyununa təyinat alıb
İdman

Fransalı FIFA referisi Villi Delajo cari mövsüm ikinci dəfə “Sabah”ın oyununa təyinat alıb

Email 22

Fransalı FIFA referisi Villi Delajo cari mövsüm ikinci dəfə “Sabah” komandasının UEFA Çempionlar Liqasındakı oyununa təyinat alıb.

“Qasid Media”nın məlumatına görə, 33 yaşlı hakim Azərbaycan təmsilçisinin III təsnifat mərhələsində Danimarkanın “Orhus” kollektivini Bakıda 4 cavabsız qolla üstələdiyi cavab matçını da idarə edib.

O, 2024-cü ildə “Qarabağ”ın “Tottenhem”ə (İngiltərə) Londonda 0:3 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının əsas mərhələsinin qarşılaşmasında söz sahibi olub.

V.Delajo 2023/2024 mövsümündə “köhlən atlar”ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb. Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HİK-i 2:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab görüşündə meydanda ədaləti qoruyub.

2020-ci ildən beynəlxalq oyunlara təyinat alan referi 2021/2022 mövsümündə “Neftçi”nin İsrailin “Makkabi” (Hayfa) komandası ilə heç-heçə (3:3) etdiyi Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında iş başında olub.

Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər