Shopping cart

  • Home
  • Dünya
  • Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir
Dünya

Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir

Email 20

Yuxarı sinif şagirdləri və universitet tələbələri tərəfindən təşkil edilən blokada Fransanın bir sıra şəhərlərində iğtişaşlara çevrilib, polis saxlanmalar həyata keçirir.

“Qasid Media” xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bəzi məlumatlara görə, Nitsa və Mentonda 14-18 yaş arası gənclər arasında 24 nəfər həbs olunub. Od departamentinin prefekti 12 nəfərin həbs edildiyini bildirib.

Rona regionunda 34 nəfər həbs edilib, 15 nəfər yüngül xəsarət alıb, Oşeldə 5 nəfər, bu gün səhər isə departamentdə ümumilikdə 37 nəfər həbs edilib.

Ümumilikdə bu gün orta məktəblərin qarşısında 340 aksiya keçirilib, 169 blokpost qeydə alınıb.

İl-de-Frans regionunda 200-dən çox orta məktəb bağlanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər