Email 20
Fransa və İspaniyada irimiqyaslı meşə yanğınları səbəbindən 360 mindən çox insan təxliyə edilib.
“Qasid Media” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Fransada meşə yanğınları 250 mindən çox insanı təxliyə olunmağa məcbur edib, İspaniyada isə son bir həftə ərzində 116 mindən çox sakin təxliyə olunub.
Telekanalın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron yaranmış vəziyyətin müzakirə edilməsi üçün bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.










