Shopping cart

Mədəniyyət

Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Email 28

Xalq artisti Fidan Hacıyeva III Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində konsert və ustad dərsləri verib.

“Qasid Media” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sənətçinin Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhdud fiziki imkanlılar üçün Regional İnformasiya Mərkəzində gənclərlə görüşü təşkil edilib.

Bundan başqa, Naxçıvan Bəstəkarlar Təşkilatı və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Fidan Hacıyeva ilə yaradıcılıq görüşü və ustad dərsi keçirilib.

Xalq artisti tələbələrin ifasını diqqətlə dinləyərək onların səs imkanları, ifa üslubu və musiqi duyumu ilə bağlı fərdi tövsiyələr verib. İtalyan mətnlərində söz vurğularının düzgün tətbiqi, notlara dəqiq və sabit yanaşma, səs diapazonunun imkanlarının nəzərə alınması, diafraqmatik nəfəsdən düzgün istifadə, rezonatorların imkanlarından səmərəli yararlanma, səsin yumşaqlığı və təbii tembrin qorunması kimi mühüm məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Naxçıvan Heydər Əliyev Sarayında “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər