Shopping cart

  • Home
  • İdman
  • “Everton” Ceyms Qarnerin “Çelsi”yə transferinə razılıq verməyib
İdman

“Everton” Ceyms Qarnerin “Çelsi”yə transferinə razılıq verməyib

Email 38

İngiltərənin “Everton” klubu yarımmüdafiəçisi Ceyms Qarnerin “Çelsi”yə transferinə razılıq verməyib.

“Qasid Media”  “talkSPORT” nəşrinə istinadən xəbər verir ki, London klubu “transfer pəncərəsi”nin bağlanmasına az qalmış 25 yaşlı futbolçunu heyətinə qatmağa cəhd göstərib.

Paytaxt təmsilçisi yarımmüdafiəçi üçün 75,4 milyon avro təklif etsə də, “Everton” transferin reallaşmasına müsbət yanaşmayıb.

“Everton” C.Qarneri 2022-ci ildə “Mançester Yunayted”dən 10 milyon avrodan çox məbləğə transfer edib. Yarımmüdafiəçi cari mövsümdə 3 matçda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər