Shopping cart

  • Home
  • İdman
  • Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib
İdman

Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib

Email 6

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.

“Qasid Media”nın məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.

İsfahan Həsənov sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Xatırladaq ki, idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib – 5:2.

İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər