Shopping cart

  • Home
  • Gündəm
  • DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
Gündəm

DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

Email 22

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

“Qasid Media” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər