Shopping cart

  • Home
  • İdman
  • DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub 
İdman

DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub 

Email 24

Futbol üzrə İngiltərə millisi 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi olub.

“Qasid Media”nın məlumatına görə, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. “Xoruzlar”dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

Qeyd edək ki, DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər