Shopping cart

  • Home
  • Dünya
  • “Daltonlar”ın qırmızı bülletenlə axtarılan üzvü Türkiyəyə ekstradisiya edildi
Dünya

“Daltonlar”ın qırmızı bülletenlə axtarılan üzvü Türkiyəyə ekstradisiya edildi

Email 19

Qırmızı bülletenlə beynəlxalq axtarışda olan “Daltonlar” mütəşəkkil cinayətkar təşkilatının üzvü Gökhan Şahin Gürcüstandan Türkiyəyə ekstradisiya edilib.

“Qasid Media” “Hürriyet” nəşrinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Təhlükəsizlik Baş İdarəsi, İnterpol Avropol Departamenti və Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə aparılan işlərin nəticəsi olaraq, narkotik və ya stimullaşdırıcı maddələrin ticarəti və ya təmin edilməsi, bıçaq və ya digər alətlərin icazəsiz satılması, satın alınması, daşınması və ya saxlanması cinayətlərinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan “Daltonlar” mütəşəkkil cinayətkar təşkilatının üzvü Gökhan Şahin Gürcüstandan ölkəmizə ekstradisiya edildi”, – deyə məlumatda bildirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər