Shopping cart

  • Home
  • Gündəm
  • Daha bir dövlət rüsumunun ləğvi təklif olunur
Gündəm

Daha bir dövlət rüsumunun ləğvi təklif olunur

Email 20

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir.

“Qasid Media” xəbər verir ki, bu məsələ “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Hazırda Qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnaməsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət baytarlıq rüsumu müəyyənləşib. Hər dəfə ödənişli əsaslarla şəhadətnamələrin alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclərə səbəb olur ki, bu hal da heyvanmənşəli məhsulların maya dəyərinə, habelə satış qiymətlərinə təsir göstərir.

Qiymət artımının qarşısını almaq məqsədilə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi məqsədəuyğun hesab olunur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər