Shopping cart

  • Home
  • Nəqliyyat
  • “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib
Nəqliyyat

“Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib

Email 43

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edib.

“Qasid Media” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-də məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.

Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

“Dərnəgül” deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər